"Bakı şəhər halqası yarış üçün əla vəziyyətdədir" - FIA rəsmisi

"Bakı şəhər halqası yarış üçün əla vəziyyətdədirBakıda Formula 1 yarışlarının təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti yürüşə hazırlığı başa çatdırıb.
Publika.az xəbər verir ki, Əməliyyat Şirkətindən bildiriblər ki, dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə bir gün qalıb. Bu həftə sonunda Bakıda keçiriləcək beşinci Formula 1 yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi iyunun 3-də Formula 1-dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı şəhər halqasına son dəfə baxış keçirib.
Builki yarış davam edən koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək. Pandemiya, həmçinin belə bir dünya miqyaslı idman tədbirinin keçirilməsi üçün tələb olunan işləri artırsa da, yarışa hazırlıq prosesini yavaşlada bilməyib.
Həqiqətən COVID-19 pandemiyası səbəbindən tətbiq olunan yeni sağlamlıq və təhlükəsizlik tədbirləri Formula 1-in ən coşğulu və gözlənilməz şəhər trekinin təşkilatçısı üçün hər zamankından daha çox çətinliyə səbəb olub.
20 döngəli və 6 kilometrdən bir qədər çox uzunluğa malik Bakı şəhər halqasının iyunun 4-6-da baş tutacaq Formula 1 yarış həftəsonuna hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət BŞH komandasının son dörd ayda xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərindəki bütün tikililər Əməliyyat Şirkəti ilə Formula 1 işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub.
Avtoidmanın zirvəsi sayılan Formula 1 yarışı bu həftəsonu iki ildən sonra, çempionatın ən vacib mərhələsində "asfalt cəngavərlərinin evini" yenidən alovlandıracaq. Ötən həftə Monakoda baş tutmuş yarışda Maks Ferstappen və komandası "Red Bull Racing" keçən ilin çempionu və mühəndislər kubokunun sahibi Luis Hemilton və komandası "Mercedes AMG Petronas" üzərində üstünlük qazandıqdan sonra çempionatdakı mübarizə daha rəqabətli müstəviyə keçib.
2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən indiyədək baş tutan bütün yarışlarda fərqli qalib olan Bakı şəhər halqası qısa müddət ərzində möhtəşəm, dramatik və gözlənilməz yarışlar təqdim edərək azarkeş və pilotların sevimli trekinə çevrilib.
BŞH-nın icraçı direktoru Arif Rəhimov yarışla bağlı danışarkən deyib:
"Formula 1 ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən "Bakı Şəhər Halqası"nın bütün kollektivi ilə fəxr edirəm. Formula 1 bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət Formula 1 Azərbaycan Qran Prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!"
FIA rəsmisi M.Masi trekin yarışa hazırlığını belə qiymətləndirib:
"Azərbaycana yenidən gəlməkdən, həmçinin Azərbaycan Avtomobil Federasiyasının və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı şəhər halqası yarış üçün əla vəziyyətdədir".

İdman       Tarix: 03 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler