Bakı Təşəbbüs Qrupu BƏM-də Yeni Kaledoniyaya dəstək verəcək
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Kanaki – Yeni Kaledoniyaya dəstək verəcək.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilib.
Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş tədbir çərçivəsində Kanaki – Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar: "Xatırladaq ki, 2023-cü ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir".
Bakı Təşəbbüs Qrupunun kommunikesində bildirilib ki, İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı.
Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki – Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımlara qarşı, xüsusən də seçici kütləsinin sayını artırmağa hesablanmış addımları qınadığını bəyan edib.
"Bakı Təşəbbüs Qrupu Kanaki – Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bu dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirdi, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini bildirdi".

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi