Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün müraciət edə biləcəyi ilə bağlı açıqlaması İrəvanın xarici siyasət kursunda Qərbə doğru meyillənmənin davam etdiyini göstərir. Bu proses fonunda Ermənistan-Rusiya münasibətlərində gərginliyin artması, eləcə də Cənubi Qafqazda qüvvələr balansının gələcək taleyi ilə bağlı suallar yaranır.
Bəs Ermənistanın Avropaya inteqrasiya cəhdləri yaxın perspektivdə regionda hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanın 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyəti həm Moskvada, həm də Bakıda diqqətlə izlənilir və Rusiyanı ciddi şəkildə narahat edir.
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək"Hazırda Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyin əsas səbəblərindən biri də İrəvanın Qərbə inteqrasiya siyasətini gücləndirməsidir.
Avropa İttifaqına üzvlük uzunmüddətli və mürəkkəb prosesdir. Bu baxımdan, üzvlük üçün müraciət etmək niyyəti ilə təşkilata faktiki qəbul olunmaq tamamilə fərqli məsələlərdir. Ona görə də yaxın perspektivdə Ermənistanın bu istiqamətdə atacağı addımların Cənubi Qafqazda qüvvələr balansını kəskin şəkildə dəyişəcəyini gözləmək doğru olmaz.
Son dörd ildə regionda Qərblə Rusiya arasında geosiyasi rəqabət daha da güclənib. 44 günlük müharibədən sonra Rusiyanın Cənubi Qafqazdakı mövqeləri xeyli zəifləyib, bunun fonunda Qərbin təsir imkanları artıb. Paşinyanın Rusiyadan uzaqlaşmağa yönələn siyasəti də bu prosesə təsir göstərən amillərdəndir".
Ekspert hesab edir ki, Ermənistanın Rusiyadan asılılığını tam aradan qaldırması üçün hələ bir sıra mühüm addımlar atılmalıdır.
Bu istiqamətdə əsas məsələlərdən biri TRACECA layihəsi çərçivəsində
O, bildirib ki, Ermənistanın Moskva ilə iqtisadi əlaqələri və enerji asılılığı hələ də kifayət qədər yüksək səviyyədədir. Xüsusilə təbii qaz tədarükündə Rusiyanın mühüm paya malik olması İrəvanın alternativ mənbələr axtarmasını zəruri edir. Bu asılılığın aradan qaldırılması və iqtisadi əlaqələrin şaxələndirilməsi isə müəyyən zaman tələb edir.
Siyasi şərhçinin qənaətinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməsi baş tutarsa, Moskva ilə münasibətlərdə gərginlik daha da artacaq. Bununla belə, həmin addımın qısa müddətdə regionda ciddi geosiyasi dəyişikliklərə səbəb olması gözlənilmir.
O.Qasımov əlavə edib ki, proseslərin inkişafı ilə Cənubi Qafqazda qlobal güclər arasında rəqabət müəyyən qədər kəskinləşə bilər. Lakin qüvvələr balansının dəyişməsi birdən-birə deyil, mərhələli şəkildə baş verəcək.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 04 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xabarlar valyuta məzənnələri cebheden xeber