Bakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEO

Bakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOXətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.
DİN-dən Open.az-a bildirilib ki, Cəlilabad rayon sakini olan bir nəfər Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Daha sonra özünü Türkiyə Respublikasının vətəndaşı "Çağdaş" kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.
Xətai RPİ-nin əməkdaşlarının zərərçəkənin şikayəti əsasında "isti" izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, qeyd edilən hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Röyal İmamverdiyev və Ruslan Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.
Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Röyal İmamverdiyev və Ruslan Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə, DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEOBakıda 1 milyon dollarlıq yaqut daşı alıb qaçdılar - FOTO - VİDEO

Hadisə       Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az