Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Bakıda supermarketlərdən birindən oğurluq edilib.
azxeber.com Modern.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb.
İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi olan 16 yaşlı Şakir Nəcəfov (şərti ad) marketin ikinci mərtəbəsində yerləşən müdir otağına daxil olub. Daha sonra otağın küncündəki qapıdan seyfin yerləşdiyi hissəyə keçib. O, müdir otağındakı şkafdan açarı götürərək seyfdən ümumilikdə 1 492 manat pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Tam eşitmə məhdudiyyəti olan 16 yaşlı Şakir Nəcəfov ifadəsində bildirib ki, valideynləri onu və kiçik bacısını körpəliklərindən tərk etdikləri üçün onlar nənələrinin himayəsində böyüyüblər.
Onun sözlərinə görə, Binə qəsəbəsinə yaşadığı Binəqədi qəsəbəsindən gəlib. Şakir marketin otaqları və seyfin yeri barədə əvvəlcədən məlumatının olmadığını, həmçinin bu işdə ona heç kimin kömək etmədiyini bildirib.
O, oğurladığı pulun 5 manatına özünə dönər aldığını, qalan məbləği isə hara xərclədiyini xatırlamadığını deyib.
Zərərçəkmiş MMC-nin nümayəndəsi bildirib ki, dəymiş ziyanın 62 manatı ödənilib. O, Şakirin fiziki məhdudiyyətini və ailə vəziyyətini nəzərə alaraq şikayətçi olmadığını qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxsin fiziki məhdudiyyətini, ailə vəziyyətini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, eləcə də ilk dəfə cinayət törətməsini yüngülləşdirici hallar kimi nəzərə alıb.
Yekun qərara əsasən, Ş.Nəcəfov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus