İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?
Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir.
Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin ümumi sayı iki dəfədən çox artıb.
İş yerlərində baş verən bədbəxt hadisələr işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Belə hallarda zərərçəkən işçilərin hüquqlarının qorunması və onlara dəymiş zərərin qarşılanması məsələsi aktuallaşır.
Bəs iş yerində baş verən qəza nəticəsində işçi xəsarət alarsa, şirkətin üzərinə hansı öhdəliklər düşür?
Hüquqşünas Əkrəm Həsənov azxeber.com-a açıqlamasında bildirib ki, işəgötürən belə hallarda həm zərərçəkən işçinin sağlamlığının qorunması, həm də dəymiş zərərin ödənilməsi ilə bağlı məsuliyyət daşıyır:
"İşəgötürənin öhdəlikləri aydındır. İlk növbədə, zərərçəkənə təcili tibbi yardım göstərilməli, Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməlidir. Maddi məsuliyyət məsələsinə gəldikdə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta mövcuddur. Yəni bu sığortaya əsasən ödənişi sığorta şirkəti həyata keçirir. Həmin sığorta haqqını işəgötürən hər ay ödəyir. Lakin hadisənin baş verməsində işəgötürənin təqsiri varsa, o, sığorta ödənişindən əlavə, işçiyə dəymiş maddi və mənəvi zərəri də ödəməlidir".
Fəridə Əsədzadə

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü