Bakıda 1,8 milyon manata gəmi hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istehsal tarixi 1986-cı il olan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsus "B-98" layihəli "Vixr" tipli gəmini 1,8 milyon manata hərraca çıxaracaq.
Bu barədə KONKRET.az-a Dövlət Xidmətindən bildirilib.
Belə ki, Dövlət Xidməti dekabrın 12-si, 19-u və 21-də növbəti hərracları keçirəcək.
Dekabrın 12-də təşkil ediləcək hərracda 11 avtomobil alıcılara təklif ediləcək. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 8 00-10 500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərracda isə 40 nəqliyyat vasitəsi iştirakçılara təklif ediləcək ki, onların arasında "Vixr" tipli gəmi də olacaq. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 %-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR