Bakıda 24 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Bakıda 24 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTOBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəsimi rayon sakini, əvvəllər məhkum olunmuş Əhməd Ələkbərov saxlanılıb. Onun Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evindən 4 kiloqram 25 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşlarının Xəzər rayonu ərazisində keçirdikləri növbəti tədbir zamanı isə paytaxt sakini Hikmət Hüseynov saxlanılıb. Onun Şüvəlan qəsəbəsində yerləşən evinin həyətindən xüsusi qulluq edilərək yetişdirilən 31 ədəd çətənə bitkisi və 1 kiloqram 815 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Binəqədi rayonunda keçirilən daha bir əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 70 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri daha bir tədbir zamanı paytaxt sakinləri Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Sonuncu əməliyyatlar nəticəsində 24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 28 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun valyuta mezennesi banklar bugunun xeberleri sou xeberler bugun