Bakıda 4 yaşlı uşaq küçəyə atılıb - FOTO
Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə atılıb. Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında küçədən tapılan azyaşlı "Azərbaycan Uşaqlar Birliyi" Uşaq Sığınacağına yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən uşaqla bağlı araşdırma aparılır: "Azyaşlının vəziyyəti normaldır. Qorxu keçirdiyi hiss olunur. Tapılarkən əlində açar var idi. Onun xoşagəlməz həyat tərzi keçirən valideynlə yaşadığı ehtimal olunur.
Ətraflı
Uşağın anası tapılıb, lakin o, dövlət qurumlarının nəzarətindədir. Ananın vəziyyəti, ev şəraiti və sair qiymətləndiriləcək. Ondan sonra baxılacaq ki, anaya uşaq vermək olar, yoxsa yox. Hətta ola bilər ki, qısa müddətə valideynlik hüququndan məhrum edilsin".
K. Ağazadə, həmçinin bildirib ki, uşağın qidalanma və yuxu ilə bağlı vəziyyəti orta qiymətləndirilir. Psixi sağlamlığı yerindədir.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA