Bakıda AA seriyalı "Ferrari"nin sahibi CƏRİMƏLƏNDİ
Bakıda məhkəmənin qərarı ilə AA seriyalı "Ferrari" markalı maşının sahibi cərimələnib.
KONKRET.az xəbər verir ki, işə hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün məhkəməyə göndərilib.
İş materiallarında qeyd olunub ki, "Ferrari F12 Berlinetta" markalı, 99-AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə şirkət tərəfindən məlumat verilməyib. Bu isə şirkətin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi anlamına gəlir. Bu maddəyə görə, şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməlidir.
Məhkəmənin qərarına əsasən, şirkət 300 manat cərimələnib.(Qafqazinfo)
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR