Bakıda ata gizli telefon işlədən qızını öldürdü
Bakıda ata doğma qızını döyə-döyə öldürüb.
azxeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanın əxlaqsızlıq etdiyini eşidib və həbsdən çıxandan sonra onu qətlə yetirmək qərarına gəlib.
Bir müddətdən sonra həbsdən çıxan ata qızını izləməyə başlayıb. O, ilk dəfə qızını diş həkiminin kabinetinə qədər izləyib. Həmin vaxt o, Cəmaləni diş həkiminin kabinetində açıq-saçıq geyimdə görüb və kabinetdə onu döyüb.
Daha sonra Yelmar qızının ikinci telefon işlətməsindən şübhələnsə də, Cəmalə bunu boynuna almayıb. Yelmar yenidən qızını izləməyə başlayıb.
Sonuncu dəfə Cəmalə Sumqayıta rəfiqəsi ilə görüşmək adı ilə adıçəkilən şəhərə getmək istədiyini deyib. Yelmar qızı ilə getmək istədiyini desə də, Cəmalə buna etiraz edib.
Nəticədə evdə mübahisə yaranıb və Yelmar qızının əl çantasını əlindən alarkən çantadan ikinci telefon çıxıb. Yelmar telefonu görəndən sonra qızını xüsusi amansızlıqla döyməyə başlayıb.
Hadisə nəticəsində Cəmalə huşunu itirib. Yelmar isə evdən çıxıb gedib, ailə üzvlərinə isə təcili yardıma zəng etməməyi tapşırıb. Ailə üzvləri Cəmalənin ağzından qan gəldiyini görüb, təcili tibbi yardım briqadası çağırıblar. Müayinə zamanı Cəmalənin öldüyü məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Atakişiyev 16 il azadlıqdan məhrum edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xamenei buna görə kütlə qarşısına çıxmır - Əraqçi SİRLƏRİ AÇDI
Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO
Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
Rusiya ilə bu münasibətlərə ehtiyac var - Mirzoyan
Son 2 gün: Ermənistanda kim qalib gələcək?
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
4 yaşlı uşağı maşın vurdu