Bakıda ata və oğulları qonşu arvadı yerə yıxıb təpiklədi

Bakıda ata və oğulları qonşu arvadı yerə yıxıb təpiklədiBakıda qadını döyərək xəsarətlər yetirən 54 yaşlı şəxsin məhkəməsi keçirilib.
KONKRET.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Nəsir İmranov Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, N.İmranov ailəsi ilə Səbail rayonu Mehdi Hüseyn küçəsindəki binada yaşayıb. Lakin onun qonşuluqda yaşayan Sevda adlı qadınla daimi mübahisələri olub.
Hadisənin baş verdiyi tarixdə isə Nəsir digər qonşular və oğulları ilə birgə həyətdə çərşənbə axşamı ilə əlaqədar tonqal qalayıbmış. Lakin Sevda oraya gələrək tonqalı söndürməyə, üzərinə vedrə ilə su tökməyə başlayıb. Bundan sonra qonşular arasında dava düşüb. Dava-dalaş zamanı yaşlı qadın vedrəni kişinin başına vurub. O isə təpiklə qadına zərbələr endirib. Nəticədə Sevda barmağının çıxığı və yerini dəyişmiş qapalı sınığı, alın nahiyəsinin qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi xəsarətlər alıb.
Məhkəmədə Nəsir İmranov bildirib ki, hadisələrin baş verməsinə Sevdanın davranışları səbəb olub. O, qadının daim mübahisələr yaratdığını, qonşularla yola getmədiyini, qapının ağzına zibil atdığını deyib.
Sevda Əzizova isə qarşı tərəfi günahlandırıb: "Təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığım Nəsir və onun arvadı ilə müxtəlif səbəblərə görə mübahisələrimiz olub. Bunun əsas səbəbi Nəsir və onun arvadının dəfələrlə yaşadığım mənzilin qapısına zibil tökməsi, uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı pirotexniki vasitələrdən istifadə etməsi olub. Son hadisə baş verərkən paltar yuyub asmaq istəyən zaman qonşuluqda yaşayan Nəsir və onun ailəsinin tonqal qaladığını gördüm. Tonqalın ətrafında həmin vaxt Nəsir, beş uşağı və qonuşuluqda yaşayan digər şəxslər var idi. Onlardan paltar asdığımı deyərək tonqalı söndürməyi xahiş etdim, lakin əhəmiyyət vermədilər".
Bundan sonra Sevda Əzizova vedrədə su götürərək həyətə düşüb: "Vedrənin içərisindəki suyu tonqalın üzərinə tökmək istəyən zaman Nəsirin 14 yaşlı oğlu əlindəki taxta parçası ilə vedrəyə zərbə vurub sındırdı. Heç nə deməyib evə qayıtdım, evdə olan ikinci vedrəni də su ilə doldurub təkrar bayıra çıxdım. Mən tonqalın yanına çatan zaman Nəsir və onun uşaqları üzərimə hücum çəkdilər. Nəsir nalayiq ifadələr işlədərək yumruqla sifətimə və sinəmə zərbələr vurdu. Zərbələrin təsirindən yerə yıxıldım. Buna baxmayaraq, onlar məni vurmağa davam elədilər. Daha sonra Nəsir saçımdan tutub məni yerdən qaldırdı və başımı divara vurdu. Həmin anda mən özümdən getdim".
Zərərçəkmiş qadın deyib ki, onları qonşuluqda yaşayan şəxslər ayırıb. O, həmçinin onu döyən qonşusu ilə barışdığını və hər hansı şikayət və tələbinin olmadığını deyib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Nəsir İmranov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Ona qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası verilib.

Hadisə       Tarix: 28 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag