Bakıda avtomobil MSK-nın divarına çırpıldı
Bakının Binəqədi rayonunda ağır yol qəzası qeydə alınıb.
KONKRET.azxəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində baş verib.
Səid Süleymanov "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib.
Avtomobil Mərkəzi Seçki Komisiyyasının divarına çırpılıb.
Qəza zamanı avtomobil deformasiyaya uğrayıb.
Nəqliyyat vasitəsində sıxışıb qalan yaralı sürücü və digər sərnişinlər – Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov çıxarılaraq xəstəxanaya çatdırılıb.
Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.APA

Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
SENSASİYA: Ərdoğan görün Zelenskiyə nə təklif etdi
Paşinyan: "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq"
"Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq" - Simonyan
Tramp İrana bu qədər vaxt verdi: "Əgər razı olmasa, yer üzündən siliəcəyik"
15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
"BakuBus"la minik maşını toqquşdu
Qanunsuz saxlanılan 2 qumbara, 11 tüfəng aşkarlanıb
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
Nüvə silahı işə düşür?
Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir