Bakıda bacısını və onunla birgə yaşayan şəxsi bıçaqladı, tutuldu
İyulun 25-i gecə saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Open.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və sonuncu ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sadiq Sadiqov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Əhvalım çox pisdir - Ofeliya Sənani
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?