Bakıda baş verən avtobus qəzasının səbəbi məlum oldu

Bakıda baş verən avtobus qəzasının səbəbi məlum olduBakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 4-də iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
BNA-dan Open.az-a bildirilib ki, Nizami rayonunun Qara Qarayev prospektində "Azlənd Plaza"MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. Təəssüf ki, hadisə nəticəsində 57 nömrəli marşrutu üzrə hərəkət edən avtobusun sərnişinlərindən bəziləri xəsarət alıb.
Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 57 nömrəli marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və idarəetməni itirərək nəqliyyat vasitəsini həmin vaxt dayanacaqda olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpıb: "Aparılan təhlillər bir daha onu göstərir ki, bu cür yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri özəl daşıyıcıların gediş haqlarını nağd şəkildə (plan əsasında) həyata keçirməsidir. Belə olan halda sürücülər, daha çox sərnişin daşımaq üçün digər sürücülərlə bəhsə girərək, təhlükəli ötmə əməliyyatları və manevrlər edirlər ki, bu da qəza riskini artır.
Bu cür qəzaları şərtləndirən digər bir amil sürücülərin iş və istirahət vaxtı ilə bağlı qanunvericiliyin tələbinin pozulmasıdır. Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər ki, bu da onların sükan arxasında avtobusları yorğun halda idarə etmələrinə gətirib çıxarır.
Bu cür halların baş verməməsi, sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət, həm də təhlükəsizlik nöqteyi-nəzərdən yüksəldilməsi məqsədi ilə mütəmadi olaraq daşıyıcılarla iş aparılır. Xüsusi ilə sürücülərin peşəkarlığı, onların yol hərəkəti qaydalarına riayət etmələri, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün Agentlik tərəfindən daşıyıcılara zəruri tapşırıqlar verilir. Buna baxmayaraq, daşıyıcılar, onların dispetçer və sürücü heyəti tərəfindən sərnişindaşıma və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunmur. Bir daha qeyd edirik ki, bu cür qayda pozuntularına yol verən şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək, sərnişindaşıma xidmətlərinin göstərilməsinə laqeyd yanaşan daşıyıcılar daşımalardan kənarlaşdırılacaq". /open.az

Hadisə       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar qurban bayrami 2026 butun xeberler novruz bayramı