Bakıda bu ərazidə ev tikmək və almaq daha sərfəlidir

Bakıda bu ərazidə ev tikmək və almaq daha sərfəlidirAzərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
"İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.
Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:
"Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır". / azxeber.com

Sosial       Tarix: 28 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler sonxeber az xeberler bugun 2026 xeber