Bakıda çiy dönər əti bu vəziyyətdə hazırlanırmış - FOTO

Bakıda çiy dönər əti bu vəziyyətdə hazırlanırmış - FOTOBakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
AQTA-dan azxeber.com-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Bakıda çiy dönər əti bu vəziyyətdə hazırlanırmış - FOTO

Sosial       Tarix: 29 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyasının göndərilməsi nəzərdə tutulur. KONKRET.azapa-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasından 17 vaqonla ümumilikdə 984 ton dizel yanacağı yol

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir. bildiri

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az cəbhədən son xəbərlər sonxabar xankendi