Bakıda döyülən tanınmış modelin anası məhkəmədə ifadə verib

Bakıda döyülən tanınmış modelin anası məhkəmədə ifadə veribBakıda döyülən tanınmış modelin anası məhkəmədə ifadə verib
Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş kimi tanınan Raziyyat Əliyevanın anası Xədijət Əliyeva ifadə verib. X.Əliyeva qızının Ziya Hüseynzadə tərəfindən döyülməsi barədə danışıb:
"Bir gecə qızım mənə mesaj yazdı. Təcili onlara gəlməyimi istəyirdi. Evdən necə çıxıb ora çatdığımdan xəbərim olmayıb. Qızımı 1 aydır görmürdüm. Qapını açanda qızımın çox arıqladığını gördüm. Çox pis oldum. Onu qucaqladım. Soruşdum ki, sənə nə olub? Dedi ki, Ziya pəhriz saxlayır deyə mən də diyetdəyəm. Razinin üzündə xırda qançırlar var idi. Soruşdum nə olub? Dedi ki, mezoterapiyadan sonra üzümdə ləkələr yaranıb. Evdən kişi səsi gəlirdi. Ziyanın səsi olduğunu bilirdim. Qızımın Ziya ilə əlaqəsi olduğundan xəbərim var idi. Ziyanı heç vaxt görməmişəm. Ancaq qızımla harasa gedəndə ətrafda Ziyanın olduğunu bilirdim. Qızım Ziya ilə bağlı yaxşı danışırdı. Razi Ziya haqda danışanda deyirdim ki, bəsdir, alınmırsa, ayrılın. Ziya qızımı sevdiyini, evlənmək istədiyini deyirdi. Bir dəfə qızımı evə aparmaq istəyirdim, Raziyə 3-4 dəfə zəng gəldi. Eşidirdim ki, zəng edən Ziyadır. Ziya qızıma deyirdi ki, heç yerə getmə...
Qızım 2 gün mənimlə qaldı. Zənglərin ardı-arası kəsilmirdi. 2 gün sonra qızım dedi ki, Ziya ilə barışıb, evə qayıdır. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə qızıma yazanda hər dəfə bir bəhanə gətirirdi. Səbəbini sonradan bildim, onun bədənində salamat yer qalmamışdı. Son dəfə qızım gəlib bir müddət bizdə qaldı. Ziya hər gün bizim evə gül göndərirdi, Razi isə qəbul etmirdi. Mən də dedim mesaj yaz ki, ayrılaq. Bu mesajdan sonra Ziya gəldi bizim evə, qapını qırmağa çalışırdı. Mən 102-yə zəng etdim, polislər gəldi. Qızım onda polislərə döyülmə şəkillərini göstərdi".
Məhkəmə prosesi martın 27-də davam etdiriləcək.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları "İnstagram"da yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin ötən il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.

Şou Biznes       Tarix: 16 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun son xeber 2026 xeberler cəbhədən yeni xəbərlər