Bakıda evə sərxoş gələn qadın sevgilisinə çəngəllə xəsarət yetirdi

Bakıda evə sərxoş gələn qadın sevgilisinə çəngəllə xəsarət yetirdiBakıda evə sərxoş gələn qadın ona etiraz edən sevgilisini çəngəl ilə vuraraq xəsarət yetirib.
azxeber.com "Kriminalqafqaz"a istinadən xəbər verir ki, hadisə fevralın 7-dən 8-nə keçən gecə Nizami rayonunda baş verib.
Sabirabad sakini olan 38 yaşlı Aynur Kərimova (şərti) fevralın 7-də iş yoldaşının doğum günü məclisində iştirak edib və orada spirtli içki qəbul edib.
O, ifadəsində özünü təqsirli bilərək qeyd edib ki, gecə saat 1-ə işləmiş evə gələndə qeyri-rəsmi nikah münasibətində olduğu Qalibin yatdığını görüb:
"Mobil telefonumda yüksək səslə musiqiyə qulaq asırdım. Bu vaxt Qalib oyandı və məndən musiqinin səsini kəsməyimi tələb etdi. Buna görə mübahisə etdik, stolun üstündəki çəngəli götürüb onu qorxutmaq üçün fırladanda sifətinə və boynuna xəsarət yetirdim. Peşmanam, Qaliblə barışmışıq, ona dəyən zərəri ödəmişəm".
A.Kərimovanın sevgilisi Qalib də artıq onunla barışdığını və şikayətinin olmadığını bildirib.
Ekspertin rəyinə görə, A.Kərimova çəngəllə Qalibin üst dodağından, sol yanağından, qulağından və boynundan xəsarətlər yetirib. O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Məhkəmə tərəflərin barışdığını və şikayətin olmadığını nəzərə alaraq, sadələşdirilmiş icraat qaydasında işə xitam verib.

Sosial       Tarix: 24 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az