Bakıda gecə klubundakı partlayışa görə həbs olunan şəxsdən YENİ XƏBƏR
Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.
azxeber.com xəbər verir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində R.Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Rəsul Rəsulov yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyib.
Rəsul Rəsulovla yanaşı, "Merser food" MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov da saxlanılıblar. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı