Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: "Əgər kişisənsə..." - Şok olayın təfərrüatı

Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Elnur qeyri-rəsmi yaşadığı arvadı Əsməri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, hadisə 11 dekabr 2021-ci ildə baş verib.
Həmin gün, gecə saat 1 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində olan Elnurla kirayədə birlikdə yaşadığı Əsmərin arasında mübahisə baş verib.
Münaqişə zamanı 23 həftəlik hamilə vəziyyətdə olan Əsmərin qollarından tutaraq ona zor tətbiq etməklə yerə yıxıb. Sonra onu anası Baharın gözləri qarşısında boğmağa çalışıb.
Aktiv müqaviməti və anasının müdaxiləsi ilə Əsmər Elnurdan yayınıb və qaçmağa çalışıb. Elnur həmin otaqda masanın üzərində olan bıçağını götürüb və onun qaçmasının qarşısını alıb. Qadını saçından tutaraq özünə tərəf çəkib və bıçaqla qarın, döş qəfəsi nahiyələrinə güclü zərbələr vurub.
Əsmər hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
"Təsadüfən tanış olduq"
İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Əsmərlə təxminən 2019-cu ildə Bakı şəhərində təsadüf nəticəsində tanış olub:
"Aramızda normal münasibət yarandığından 2021-ci il aprelin 29-dan oktyabrın 18-nədək qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuşuq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Əsmərlə rəsmi olaraq nikaha daxil ola bilmədim. Buna baxmayaraq, birlikdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadıq. Həmin dövrdə Əsmər ilə münasibətlərimiz tam qaydasında olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də rəsmi nikah bağlayıb və birlikdə kirayədə yaşamağa davam ediblər: "Həmin dövrdə "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "moyka"da işləmişəm, Əsmər isə işləməyib".
"Qızla mesajlaşdığımı gördü"
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, noyabrın 26-da evdə olarkən mobil telefonda domino oyunu zamanı tanımadığı qızla mesajlaşıb:
"Əsmər həmin mesajları gördü, mənə irad tutdu. Buna görə mübahisə etməyə başladıq. Bir neçə saat ərzində mübahisədən sonra evdən getməyimi istədi.
Bu sözlərin qarşılığında Əsmərdən mənə bir həftə vaxt verməsini, ondan sonra evdən gedəcəyimi və ayrılacağımı bildirdim.
Bu hadisədən sonra münasibətlərimiz pozuldu. Lakin evin kirayəsini hələ vermədiyim üçün Əsmərə kirayə pulunu verdikdən sonra evdən çıxacağımı bildirdim. Sonra münasibətlərimiz bir qədər düzəldi və evdən çıxmadım".
"Əsmər mənə "kişi ol" dedi"
Elnur deyib ki, Əsmərin anası Bahar da ara-sıra baş çəkmək üçün yaşadıqları evə gəlib:
"Dekabrın 9-da Bahar və Əsmərlə onun bacısı Vəsiləgilə getdik. Onlarda olarkən qayınanama 80 manat verdim və dekabrın 10-da Əsmərlə birlikdə gedərək yaşadığımız evə küknar ağacı almağı xahiş etdim. Daha sonra Əsmərlə birlikdə yaşadığımız evə döndük. Bir qədər sonra qayınanam da bizim yaşadığımız evə gəldi.
Ertəsi gün qayınanam Bahar və Əsmər küknar ağacı almaq üçün "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən bazara getmişdilər. Mən həmin vaxt işdə idim.
Əsmər anasının telefonundan mənə zəng etdi. "Nə üçün mənimlə birlikdə mağazaya gedib ağac seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, mənə vaxt ayırmırsan, kişi ol, ə", - dedi. Qışqıra-qışqıra nalayiq ifadələr də işlətdi. Mən də ona nalayiq sözlərlə cavab verdim. "Axşam evə gəldikdə, danışacağıq", - deyib telefon danışığını bitirdim".
"Xoş olmayan mesaj yazdı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saat 22 radələrində dostu Əzizlə birlikdə yaşadıqları evə gedib:
"Əzizlə evə getməkdə məqsədim istilik sisteminin suyunun 1 gün əvvəl yaranmış nasazlıq səbəbi ilə evə dağılmasına görə islanmış xalçanı götürərək "moyka"ya aparmaq idi.
Dostumla xalçanı apardıqdan təxminən bir saat sonra yaşadığımız ünvana yaxın kafelərdən birində çay içdik. Bu zaman Əsmər mənə xoş olmayan mesaj yazdı. Yenə telefonda mübahisə etməyə başladıq. Əsmər gah mənə boşanmaq istədiyini, gah da istəmədiyini bildirdi. Ona boşanmaq istəyirsə, bu fikri ilə razılaşdığımı dedim".
"Söyməməyi tələb etdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 11-də gecəyarısı evə gəlib:
"Evdə Əsmərin anası Bahar məni mənzilin digər otağına çəkdi, barışmağımızı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi.
Əsmər qonaq otağından mənə nalayiq ifadələr işlədərək anası ilə onu küknar ağacı almağa göndərdiyimi, evdən çıxmalı olduğumu, məndən boşanmaq istədiyini bildirdi. Hər dəfə Əsmərdən söyüş söyməməyi tələb etdim. Onsuz da əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim".
"Vurmayan kişi deyil"
Elnur qeyd edib ki, Əsmər söyüş söyməkdə davam edib:
"Onun sözlərindən əsəbləşdim. Qonaq otağına keçib yaxasından tutdum. Sakitləşməyi, söyüş söyməməyi bildirdim. Əks təqdirdə ona öldürəcəyim barədə xəbərdarlıq etdim. Əsmər də - "öldürməyən kişi deyil", - dedi.
Otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Əsmərə təkrar, əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımı söylədim. Əsmər yenə də - "vurmayan kişi deyil", - deyə təkrarladı. Bu an bıçaqla onun boyun nahiyəsindən vurdum.
Əsmər qaçmaq istədi, mənə əl-qol atmağa başladı. Növbəti bıçaq zərbəsini vurmaq istədim. Amma o, evin qapısına tərəf qaçdı. Mən isə arxadan Əsmərin saçından tutaraq geriyə çəkdim və ona bir dəfə də bıçaqla zərbə vurdum".
"Həyətdən Şərab evi"nin qarşısına getdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əsmər onun əlindən çıxaraq çölə qaçıb:
"Mən də onun arxası ilə bloka çıxdım. Əsmər üzbəüz qonşunun qapısını döydü və oradan çıxan 2 nəfər oğlan məni Əsmərdən aralayaraq uzaqlaşdırdı. Bıçağı əlimdən aldılar.
Əsməri üzbəüz qonşunun evinə saldılar. Mən isə həyətə düşdüm, siqaret çəkməyə başladım. Yaxın ünvanda yaşayan bacanağım da gəldi. Əsmərin qanının dayanmadığını bildirdi. Nizami Rayon Polis İdarəsinin yaxınlığında olan "Şərab evi"nin qarşısına getdim. Orada polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparıldım".
"Peşman olmuşam"
Təqsirləndirilən şəxs deyib ki, Əsməri öldürmək niyyəti olmayıb:
"Hadisə zamanı Əsməri otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Sadəcə nalayiq ifadələrin təsirindən əsəbləşdim və hadisəni törətdim. Hadisənin baş verməsinə, belə bir vəziyyətə çatmasına səbəb Əsmərin mənə, valideynlərimin, ailə üzvlərimin ünvanına işlətdiyi söyüşlər olub. Bir anlıq özümü idarə edə bilmədim.
Neçə bıçaq zərbəsi vurduğumu xatırlaya bilmirəm. Bıçaq zərbələri vurarkən Əsmərin hamilə olduğunu bilirdim. Törətdiyim əmələ görə peşmanam".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elnur 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. / azxeber.com

Sosial       Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Bu gün yay Azərbaycana daxil olacaq

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. -a istinadən xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir

Yay mövsümündə çimərliklərə üz tutanların sayı artır. Mütəxəssislər isə dənizdə baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayırlar. -un -ə istinadən məlumatın


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber.az sonxəbərlər xeberler bu qun butun xeberler