Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, telefona cavab vermədiyi üçün... - TƏFƏRRÜAT

Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, telefona cavab vermədiyi üçün... - TƏFƏRRÜATBakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com "teleqraf.com"a istinadən bildirir ki, hadisə bu il aprelin 8-də, gecə saat 01:00-da Nərimanov rayonunda baş verib.
İsmayıl yaxın münasibətdə olduğu Aydanla söhbət edərkən onların arasında mübahisə yaranıb. Mobil telefonun zənglərinə Aydanın cavab verməməsini əsas gətirərək ona xəsarətlər yetirib.
Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydanı 2021-ci ildən tanıyır və məqsədi onunla ailə qurmaq olub:
"Lakin 2022-ci ilin dekabrından münasibətlərimiz yaxşı deyil. Aramızda mübahisələr olub və polisə şikayətlər etmişik".
Təqsirləndirilən şəxs qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən bir radələrində Aydan ona cavab vermədiyindən və mobil nömrəsini qara siyahıya saldığından əlaqə saxlaya bilməyib:
"Ona görə də Aydanın qonşuluğunda yaşayan Elmar adlı şəxsin yanına gələrək ondan xahiş etdim ki, Aydanla əlaqə saxlasın. Elmar məndən niyə özümün yığmadığımı soruşdu. Bildirdim ki, nömrəmi qara siyahıya atıb, ona görə də əlaqə saxlaya bilmirəm.
Elmar özünə məxsus telefonla Aydana zəng vurdu. Bu zaman eşitdim ki, Aydan gəlir, yaxınlıqdakı mağazasının qarşısında olacaq.
Sonra Elmarın idarə etdiyi avtomobillə Koroğlu Rəhimov küçəsində yerləşən mağazanın qarşısına gəldik. Orada bir neçə dəqiqə gözlədikdən sonra Aydan oraya gəldi və mağazaya daxil oldu.
Aydanın ardınca mağazaya getsəm də, mənə irad bildirdi ki, "niyə gəlmisən, buradan get". Bu səbəbdən ani mübahisəmiz olsa da, daha sonra mağazadan çıxdıq".
Təqsirləndirilən şəxs bildirib ki, Aydan yaşadığı ünvana tərəf ara küçə ilə getməyə başladıqda Elmar avtomobili ilə oradan gedib:
"Mən isə Aydanın ardınca getdim. Ona irad bildirdim ki, niyə mənə cavab vermir, mobil nömrəmi qara siyahıya salıb. Aydan evə getdi.
Aydanın ardınca yaşadığı ünvana yollandım. Qapını döydükdə eşiyə çıxdı və təhqir edərək mənə stəkan tulladı. Stəkan mənə dəymədi. Oranı tərk elədim. Daha sonra məlum oldu ki, barəmdə polisə şikayət edib".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Aydanı vurmayıb, ola bilər ki, qolundan sıxarkən xəsarət alıb.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən İsmayılı təxminən 2 ildir tanıyır:
"İlk əvvəldən gördüm ki, İsmayılla münasibətlərim uyğun gəlmir. Onunla əlaqə saxlamamağı qərarlaşdırdım və ona kənar durmasını bildirdim.
Buna baxmayaraq İsmayıl məni bu illər ərzində narahat etdi, barəmdə sosial şəbəkədə nalayiq sözlər yazdı, tanışlarıma zəng vuraraq barəmdə nalayiq sözlər dedi. Ona görə də İsmayıl barədə 2022-ci və 2023-cü illərdə dəfələrlə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim.
Polis ona xəbərdarlıq etsə də, mənə hədə-qorxu gəlir, tanıdığım şəxslərin qarşısında məni təhqir edirdi".
Zərərçəkmiş deyib ki, onun bacısı Vüsalə azyaşlı uşaqları ilə yaşayır:
"İsmayıl bacımın yaşadığı ünvana gedərək mənzilini tanımasa da, qonşuların qapısını döyərək narahatlıq yaradıb, azyaşlı qızının istifadəsində olan mobil nömrəyə "WhatsApp" vasitəsilə yazaraq barəsində təhqiredici sözlər deyib. Bacım bu barədə Xətai Rayon Polis İdarəsinə müraciət edib".
Aydan qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən 01 radələrində yaşadığı evə gedərkən 24 saat fəaliyyət göstərən mağazada alış-veriş etmək qərarına gəlib və İsmayılın orada olduğunu görüb:
"Mağazaya gəlməmişdən az əvvəl qonşuluqda yaşayan Elmar adlı şəxs mənə zəng vurdu, harada olduğumu soruşdu. Mən Elmara evə gedəcəyimi bildirdim.
Daha sonra yolu əks istiqamətə keçdim, İsmayıl arxadan qaçaraq gəldi, mənə yaxınlaşdı. Sağ qolumdan tutaraq dartışdırmağa və əli ilə vurmağa başladı. Yaşadığım evə getsəm də, İsmayıl ardımca gəldi, qapını döydü. Anam həmin vaxt işdə idi. Qapının döyülməsinə bacım yuxudan oyandı. Gördüm ki, qonşular içərisində narahatlıq olacaq, ona görə qapını açdım və İsmayıldan getməsini xahiş etdim. Bu zaman İsmayıl məni hədələdi".
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
İsmayıl 900 manat cərimə cəzasına məhkum edilib.

Sosial       Tarix: 30 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri