Bakıda həkim çatışmazlığı: Məzuniyyətdəki həkimi kim əvəz etməlidir?

Bakıda həkim çatışmazlığı: Məzuniyyətdəki həkimi kim əvəz etməlidir?Vətəndaşlar tez-tez üz tutduqları poliklinika, xəstəxana və sağlamlıq mərkəzlərində ixtisaslı həkim çatışmazlığı ilə qarşılaşdıqlarından şikayətlənirlər.
Bir müddət öncə sağlamlıq arayışının alınması ilə bağlı reportajımızda qeyd etmişdik ki, Zabrat Sağlamlıq Mərkəzində dermatoloq, kardioloq, endokrinoloq, 2 saylı Birləşmiş Şəhər Xəstəxanasında stomatoloq, dermatoloq ixtisasları üzrə həkimlər yoxdur və ya yerində deyillər. Müraciət edən vətəndaşlara isə bildirilir ki, həkim ya məzuniyyətdədir, ya da bələdiyyə seçkisinə cəlb olunub.
KONKRET.az xəbər verir ki, ixtisaslı həkim çatışmazlığı ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, son zamanlarda sözügedən məsələ geniş müzakirə mövzusudur və müvafiq idarəetmə orqanları arasında bununla bağlı geniş təhlil aparılır. O deyib ki, bu məsələdə problemin həm obyektiv, həm də subyektiv səbəbləri var.

Öncə bölgələrimizdə yaşanan ixtisaslı həkim çatışmazlığı probleminə toxunan deputat bildirib ki, bunun səbəblərindən biri həkimlərin böyük hissəsinin iqtisadi aktivliyin daha çox olduğu böyük şəhərlərdə cəmləşməsi ilə bağlıdır:
"Bu, cəmiyyətin bütün sahələrində, həmçinin də bazar iqtisadiyyatı olan bütün ölkələrdə müşahidə edilən haldır. Eyni zamanda özəl sektorun inkişaf etdiyi yerlərdə də həkimlərin bir qismi bu istiqamətə yönəlir. Bu, müəyyən qədər iqtisadi baxımdan başadüşülən olsa da, səhiyyə siyasəti baxımından problemlər yaradır və buna görə hazırda ixtisaslı həkim çatışmazlığını müşahidə edirik".

Deputat deyib ki, inkişaf etmiş ölkələrdə belə, ilkin ixtisas həkimlərinə olan tələbat yüksəkdir:
"Hazırda həkimlərimizin bir çoxu rezidentura təhsili almaq üçün Almaniyaya üz tutur. Çünki həmin dövlət bunun üçün kadrları stimullaşdırır və rezident orada yetişdikdən sonra ixtisasına uyğun işlə təmin olunur. Bundan sonra onun ölkəyə geri dönüşü sual yaradır. Bu da ixtisaslı həkim çatışmazlığına səbəb olan amillər sırasındadır".

M.Məmmədlinin fikrincə, digər səbəb isə subyektiv məsələlərdən qaynaqlanır:
"Buraya kadrların yerləşdirilməsində çevikliyin təmin olunması, müvafiq ixtisaslı gənc mütəxəssislərə rahat şəraitin yaradılması, onların bölgələrdə ev təminatını həyata keçirmək, iqtisadi stimullaşdırma amillərini daha da intensivləşdirmək kimi məqamlar aiddir. Bu məsələdə istər Səhiyyə Nazirliyi, istərsə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müəyyən addımlar atılmalıdır və atılır da. Bildiyimiz kimi, Baş nazir tərəfindən həkim və orta tibb işçilərinin işə qəbulunun vahid standartı və forması artıq müəyyənləşib. Düşünürəm ki, bu, sözügedən məsələdə daha çevik hərəkət etməni stimullaşdıracaq".

Məzuniyyət və ya ödənişsiz məzuniyyət vaxtı ixtisas həkiminin əvəzlənməməsi ilə bağlı sualımızı cavablandıran M.Məmmədli bildirib ki, bu, səhiyyə menecmentində addımların atılmasını tələb edən haldır:
"Hər bir tibb müəssisəsinin rəhbəri təcili məsələlər ortaya çıxmasa, həkimlərin planlı şəkildə məzuniyyətə getməsi və ya hansısa aksiyada iştirak edəcəyi (kurslar, vətəndaş fəallığını tələb edən məsələlər ola bilər və s.) hallarda işi elə qurmalıdır ki, problem yaranmasın. Bu hallarda həmin bölgədəki digər tibb müəssisələrindən həkimlər cəlb edilə, yaxud müvəqqəti olaraq vəzifə funksiyaları başqasına həvalə oluna bilər. Bu hallarda çatışmazlıq ortaya çıxırsa, bu, müvafiq sahədə çalışan səhiyyə işçisinin işini düzgün qura bilməməsi deməkdir və bu, birbaşa subyektiv amildir".

Qeyd edək ki, adıçəkilən xəstəxanalarda ixtisaslı həkim çatışmazlığı ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, cavab almaq mümkün olmayıb.

Sağlamlıq       Tarix: 27 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər beynelxalq bank mezenne maşın realiti şou ən son xəbərlər