Bu xəstəliyi olanlar hər gün nar yesin
Narın tərkibindəki güclü antioksidant birləşmələr – polifenollar, antosiyaninlər və punikalaginlər – qan damarlarını təmizləyir, pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Mütəmadi nar istehlakı aterosklerozun qarşısını alır, infarkt və insult riskini azaldır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, həkimlər xüsusilə yüksək təzyiq və damar tıxanıqlığından əziyyət çəkənlərə gündəlik kiçik bir kasa nar yeməyi tövsiyə edirlər. Nar C vitamini ilə zəngindir – bir stəkan təzə sıxılmış nar suyu orqanizmin gündəlik C vitamini ehtiyacının yarısını qarşılayır. Bu xüsusiyyət qış aylarında qrip və soyuqdəyməyə qarşı təbii qoruma rolunu oynayır.
Elmi araşdırmalar göstərir ki, nar prostat və döş xərçəngi hüceyrələrinin böyüməsini ləngidir. Güclü antioksidant təsiri hüceyrələri sərbəst radikallardan qoruyur və müntəzəm istifadə bədəni xərçəng riskindən müdafiə edir.
Nar həmçinin dərinin yenilənməsini sürətləndirən maddələr ehtiva edir. Davamlı istehlak dərinin elastikliyini artırır, qırışların yaranmasını azaldır və qocalmanı gecikdirir. Bu səbəbdən də nar "təbii gənclik meyvəsi" adlandırılır.
Meyvənin yüksək lif tərkibi həzm sistemini dəstəkləyir, qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir. Mütəxəssislər səhər acqarına bir xörək qaşığı nar yeməyi həzm tarazlığı üçün faydalı sayırlar.
Nar şirəsindəki kalium elementi qan təzyiqinin və ürək ritminin sabit saxlanmasına kömək edir. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlərə narı müntəzəm istifadə etmək məsləhət görülür.
Necə istehlak etməli?
Mütəxəssislər qeyd edirlər ki, nar dənələrini birbaşa yemək, onları şirələməkdən daha faydalıdır. Gündə 3-4 xörək qaşığı nar dənəsi qəbul etmək ürək-damar sağlamlığını qorumaq üçün kifayətdir.
Nar həm dadı, həm də çoxsaylı faydaları ilə qış aylarının ən güclü təbii əlavələrindən biri hesab olunur. Xüsusilə ürək və təzyiq xəstələrinin bu meyvəni müntəzəm rasionlarına daxil etmələri tövsiyə olunur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi