Əti bu temperaturda bişirin, YOXSA...
Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən KONKRET.az-a verilən məlumata görə, heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir.
Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir.
Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir.
Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.
Xidmetler [newsid: 0-123300]

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
Azərbaycanda Bilik Günüdür
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
Paytaxtın iki rayonunda su olmayacaq