Bu bitki yağının faydaları
Zeytun yağının əlavə sümük qoruması təmin etdiyi aşkar edilib. Daha çox zeytun yağı istifadə edən insanlarda güclü sümük kütləsinin göstəricisi olan osteokalsin zülalı yüksək səviyyədə olur.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, Afina Universitetinin alimləri tərəfindən irəli sürülən başqa bir nəzəriyyəyə əsasən, zeytun yağı ilə zəngin pəhriz yüksək antioksidant tərkibinə görə sümükləri gücləndirir.
Aralıq dənizi pəhrizinin əsas komponenti olan zeytun yağı uzun müddətdir sağlam qida kimi təqdim olunur. İspan tədqiqatçıları iki il ərzində zeytun yağının insan sümük sağlamlığına təsirini araşdırıblar. Onlar aşkar ediblər ki, çox miqdarda zeytun yağı istehlak edənlərdə osteokalsin zülalının səviyyəsi ən yüksəkdir.
Bu, insanın sümüklərinin nə qədər güclü olduğunu göstərir. Osteokalsinin çatışmazlığı kövrəkliyi və sınıqlara qarşı həssaslığı göstərir.
Bu zülal sümük əmələ gəlməsində iştirak edən hüceyrələr tərəfindən ifraz olunur. Bir nəzəriyyəyə görə, osteokalsin insulin müqavimətinin inkişafının qarşısını alır, bu vəziyyət bədənin bu hormona qarşı immunitet inkişaf etdirdiyini göstərir. İnsulin müqavimətinin sümükləri zəiflətdiyi sübut olunub.
Tədqiqatlar göstərir ki, bu pəhriz xüsusilə qadınlar üçün faydalıdır.

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur