Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməz

Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməzBakıda Hindistan vətəndaşı "ASAN Viza" sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, 47 yaşlı Vişal Dansinqhanin 1000-dən çox Hindistan və Pakistan vətəndaşı ilə bağlı onlayn sistemə saxta məlumatlar daxil edib.
Araşdırmalar zamanı məlum olub ki, o, başqa şəxslərə dair məlumatları autentik (həqiqi) kompüter məlumatları kimi istifadə etmək məqsədilə "ASAN Viza" sisteminin informasiya ehtiyatında kompüter məlumatlarını dəyişdirib. Belə ki, Azərbaycana səfər edən əcnəbilərin viza alması üçün verdiyi məlumatları "evisa.gov.az" veb ünvanına daxil olaraq "Düzəliş et" funksiyasından istifadə etməklə başqa şəxslərə dair məlumatlarla əvəz edib. O, əcnəbilər barədə maxinasiyalar etməklə sistemdə olan ilkin məlumatların autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olub.
Vişal Dansinqhanin barəsində Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb. O, ifadəsində 2019-cu ilin sonlarında Azərbaycanda turizm şirkəti təsis etdiyini bildirib: 
"2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığına görə şirkət fəaliyyət göstərə bilmədi. Şirkətə rəhbərlik etdiyim zaman vizaların əldə olunması və turistlərin yerləşdirilməsi ilə bağlı müəyyən təcrübə qazanmışdım. 2022-ci ilin martında "Salam Namaste" adlı restorana Pakistandan olan Anjum adlı əcnəbi nahar etmək üçün gəldi. Özünü biznesmen kimi təqdim edərək Azərbaycanda müxtəlif turizm şirkətlərində tanışlarının işlədiyini bildirdi. İstənilən xarici ölkə vətəndaşları üçün dövlət rüsumundan daha ucuz "ASAN Viza" təşkil edə biləcəyini qeyd etdi. 26 dollarlıq rüsumu 22 dollara hazırlaya biləcəyini dedi. Martda Anjum təxminən 1000 ədəd vizanı hər biri 22 yox, hətta 19 dollardan verdi. Daha sonra 8 nəfər, 58 nəfər və 22 nəfər olmaqla əcnəbilərə viza aldıq".
Nərimanov Rayon Məhkəməsi işi araşdırdıqdan sonra Vişal Dansinqhaninə hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 9 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bundan başqa Vişala 2 il müddətə internetə daxil olmaq qadağan edilib. Ondan 27 208 manat tutularaq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməsinə dair qərar çıxarılıb.

Hadisə       Tarix: 30 may 2023
f Paylaş

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün