Bakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLAR

Bakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBu gündən Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "ROK Expo" şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirilir.
azxeber.com xəbər verir ki, sərgi iyunun 12-dək davam edəcək.
İlk Türk Ticarət Sərgisi Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı, "Rok EXPO" şirkətinin təşkilatçılığı ilə ötən il noyabrın 7-9-da İstanbul Sərgi Mərkəzində təşkil olunmuşdu.
Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
Sərgidə 20-dən çox sahə üzrə məhsullar və yeni texnologiyalar sərgilənəcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə müzakirə olunacaq, ikitərəfli (B2B) və "franchise" görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdiriləcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaq.
Sərgidə 11 ölkə iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcək.
Bakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLARBakıda II Türk Ticarət Sərgisi keçirilir - FOTOLAR

Sosial       Tarix: 10 iyun 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en sonxeber xabarlar cebheden xeber