Bakıda İnvestisiya Sammiti keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Bu barədə KONKRET.az-a KOBİA-dan bildirilib.
Görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq ifadə edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və ICYF-in təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz və s. spiker qismində çıxış ediblər.
Sammit çərçivəsində Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş Qarabağın biznes və investisiya potensialı, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri, post COVID dövründə iqtisadiyyatın bərpası, startap layihələrinə investisiya qoyuluşu kimi mövzularda 7 panel iclas təşkil olunub, İƏT-ə üzv ölkələrdən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilib.
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?