Bakıda məşhur mağazalardan oğurluq edən şəxs tutuldu
Bakının Binəqədi rayonunda yerləşən "Baku Elektronics" mağazasından dəyəri 4 599 manat olan noutbuk naməlum şəxs tərəfindən oğurlanıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən oğurluq edən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Nicat Qasımov saxlanılıb.
PB-də araşdırma aparılan zaman onun Nəsimi rayonunda da oğurluq etdiyi üçün Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.
Qeyd edək ki, Nicat Qasımov ifadəsində ayrı-ayrı vaxtlarda paytaxtın müxtəlif rayonlarında yerləşən "Baku Elektronics" və "Kontakt Home" mağazalarından ümumilikdə 6 dəfə oğurluq etdiyini etiraf edib. O, oğurladığı telefon və noutbukları isə satdığını bildirib. Nicat Qasımovun qeyd edilən mağazalardan oğurluq etməsi həmin obyektlərin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Nicat Qasımov barəsində 5-ci PB-də toplanan materialları Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı