Bakıda məşhur restoranda iki nəfər zəhərləndi - Ölən var
Bakıda kişi restoranda spirtli içkidən zəhərlənərək ölüb.
Open.az "Report"a istinadən xəbər verir ki, dekabrın 23-də hüquq-mühafizə orqanlarına Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırmalar zamanı məlum olub ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə dekabrın 21-də Nərimanov rayon ərazisində yerləşən "Baku Voice Rooms" restoranında, daha sonra Nəsimi rayon ərazisində "Baku City" restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etməyiblər və S.Bayramov dekabrın 23-də Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.
Nəticədə S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin müşayiəti altındadır.
Zəhərlənmənin iki restorandan hansında baş verdiyi məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib