Bakıda məşhur ticarət mərkəzindən bir kiloqramdan çox qızıl oğurlayan qadına HÖKM OXUNDU
Bakıda fəaliyyət göstərən məşhur "Laçın" ticarət mərkəzindən külli miqdarda qızıl oğurlamış qadının məhkəməsi keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Gülnarə Rəhimova Qara Qarayev prospekti 105 ünvanında yerləşən mərkəzdə baş vermiş oğurluqla bağlı məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Qızıl-zinət əşyaları mağazasının sahibi bildirib ki, Gülnarə onların daimi müştərisi olub. O, hər dəfə ora gələndə qızıl əşyalardan birini gizli şəkildə götürərək özü ilə aparıb və bunlar kameraya düşüb.
Mağazadan ümumilikdə 1 kiloqram 200 qram çəkidə və dəyəri 100 min manata yaxın olan qızıl əşyalar oğurlanıb.
Barəsində cinayət işi açıldıqdan sonra Gülnarə qarşı tərəfə 3500 manat qaytarıb. Həmçinin bildirilib ki, o, oğurluq hadisələrindən sonra özünə ev alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə oğurluqda təqsirləndirilən qadın 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati vəzifələr qoyulub. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR