Bakıda ofisdə qadınlar arasında dava - Ərinin sevgilisini döydü
Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub.
KONKRET.az Qaynarinfo-a istinadən xəbər verir ki, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birini ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.
M.N.-nın A.N.-nı qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-nın Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub.
Qadın onların münasibətlərini sonlandırmaq üçün bıçaq götürərək şirkətə gedib. Onlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət yetirib. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül zərər dəyib.
İddia olunur ki, dava məşhur iş adamı Aqibət Məmmədovun rəhbərlik etdiyi şirkətdə baş verib. Təqsirləndirilən şəxs A.N.-nı ərindən ayırmaq üçün əvvəlcə iş adamı Aqibət Məmmədovun kabinetinə şikayətə gedib. Orada N.B. adlı bir xanım onu içəri daxil olmağa qoymayıb. Bundan sonra hadisə baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə A.N.-ya xəsarət yetirmədiyini deyib. Sonuncu isə 2022-ci ildən M.N.-nın həyat yoldaşı ilə münasibətlərinin sonlandırdığını bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1000 AZN cərimə cəzası təyin edilib. M.N. həmçinin mənəvi zərərə görə A.N-ya 638 manat təzminat ödəyəcək.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto