Bakıda oğurlanmış 2 yaşlı uşağın saxlandığı yer tapıldı - ŞOK FAKTLAR - VİDEO
Sabunçu qəsəbəsindən uşağı oğurlayaraq Kürdəxanı qəsəbəsində kirayədə qaldıqları evdə gizlədiblər.
KONKRET.az-ın məlumatına görə, 12 gün əvvəl Bakıda Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyev Şıxəliyevlər ailəsinin 2 yaşında oğlunu oğurlamazdan əvvəl plan qurublar.
Şamil Əliyev əvvəlcə uzaq bir qəsəbənin dalanında yerləşən bir ev kirayə tutub.
"Xəzər Xəbər" olaraq ilk dəfə zərərçəkmiş ailəni çəkib xəbər verdiyimiz üçün, bu ağır cinayəti gündəmdə saxlayaraq uşağın saxlanıldığı həmin ünvanı axtarıb tapdıq.
Uşağı oğurlamaqda şübhəli bilinərək saxlanılan şəxslərə mənizili kirayə verən Dadaşbala Abdulmanafov evdə olmadığından bizi qardaşı Şirinbala Abdulmanafov qarşıladı. Onun sözlərinə görə, qardaşı evi Şamil Əliyevə aylığı 150 manata verib.
Ev sahibinin qardaşı Şirinbala Abdulmanafovun iştrakı ilə uşağın saxlanıldığı evə daxil olduq. Qarşılaşdığımız mənzərə sözün əsl mənasında ürəkağrıdan idi.
Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyevin uşağı hansı məqsədlə oğurlamaları hələ ki, bilinmir. Bu hal istintaqla araşdırılır.
Tükürpədən bu cinayət elə eyni həyətdə kirayədə qalan digər ailələri və ətrafda yaşayan qonşuları da şoka salıb. Şirinbala Abdulmanafov bu hadisənin təsirindən hələ çıxa bilmədiiklərini deyir.
Xatırladaq ki, uşağı oğurlamaqda şübhəli bilinən Şamil Əliyev və uşağın atası Elgün Nəsirov saxlanılaraq istintaqa cəlb ediliblər. Gültəkin Muradova barəsində isə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Üç aydan sonra, yəni istinaqın yekununda bu cinayətdə təqsirli bilinən şəxslərin işinə baxılması üçün toplanan material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar