Bakıda oğurluq edən 5 nəfər saxlanıldı
Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər