Bakıda özəl klinika rəhbəri arvadını GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Bakıda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.
KONKRET.azTeleqraf-a istinadən xəbər verir ki, hadisə "Yüksəliş" MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.
Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.
Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.
V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. V.Kərimov özünə məxsus "Lənd Rover" markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.
Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.
Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.
Qeyd edək ki, Vasif Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq