Bakıda piyada zonalarının sayı artırılacaq
Bu il Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır.
Bu barədə "Report"un sorğusunun cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, əsas məqsəd paytaxtın sakinlər üçün daha rahat və əlverişli vəziyyətə gətirilməsidir.
"Piyadaların şəhər mobilliyində əsas yer tutması üçün artıq bir sıra layihələr reallaşdırılıb. Avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını və piyada zolağının yaradılmasını nəzərdə tutan ilk layihə Xaqani bağının ətrafında həyata keçirilib. Daha sonra Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması isə faktiki olaraq Nizami küçəsindən Dənizkənarı Milli Parka qədər piyada zolağının genişləndirilməsinə imkan verib.
Metronun "28 May" stansiyasının qarşısındakı meydanın abadlaşdırılması paytaxtın həmişə izdihamlı olan bu guşəsini təkcə çoxfunksiyalı nəqliyyat qovşağına deyil, həm də şəhərin görkəminə gözəllik verən geniş piyada zolağına çevirib. Bu dəyişikliklər şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Piyada infrastrukturunun təhlükəsizlik və əlçatanlıq standartlarına cavab verməsi istiqamətində aparılan işlər bu il də davam etdiriləcək", - deyə məlumatda qeyd edilib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır