Bakıda polis əməkdaşları 10 min manat tapdı, sahibinə qaytarıldı
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
azxeber.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.
"Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər" - qurum rəsmisi paylaşımında bildirib.
Elşad Hacıyevin sözlərinə görə, 10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır