Bakıda qadın bu məktəbin şagirdlərinə narkotik satırmış
Bakıda narkotik satışı ilə məşğul olan 2002-ci il təvəllüdlü Günay Quliyevanın (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə G.Quliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan 20 yaşlı qadın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb.
2021-ci ilin noyabrında daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində saxlanılan qadının üzərindən 4,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Günayın şagirdlərə də narkotik satdığı müəyyən edilib.
Belə ki, Günay Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib. O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb.
Qeyd edək ki, Günayın özü də narkotik aludəçisi olub. O, bir müddət əvvəl qeyri-rəsmi nikah münasibəsində olduğu ərindən ayrılıb, 2020-ci il təvəllüdlü qızı var.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır