Bakıda qəza törədən sürücü sərnişini DÖYDÜ
Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.
KONKRET.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.
3 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
"Kia"markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan "Toyota"nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq "Land Rover" markalı nəqliyyat vasitəsi "Toyota"ya çırpılıb və zəncirvari yol qəzası baş verib. "Toyota"nın sürücüsü – 1964-cü il təvəllüdlü Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək "Land Rover"in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir