Bakıda restoranların 'servis haqqı' dələduzluğu: 'Nəzarət olsa, belə soyğunçuq edə bilməzlər

Bakıda restoranların 'servis haqqı' dələduzluğu: 'Nəzarət olsa, belə soyğunçuq edə bilməzlərArtıq illərdir ki, Bakıdakı bir çox restoranlar müştərilərə təqdim edilən hesabdan əlavə olaraq servis haqqı da tələb edirlər. Kassa çeklərinin altında qeyd olunan servis faizindən çox vaxt istehlakçının ya xəbəri olmur, ya da ən sonunda - hesabı ödədikdən sonra xəbəri olur. 
Restoranlar tərəfindən tələb edilən servis haqları minimum 10, maksimum 25 faizə qədərdir. İki gündür sosial şəbəkələrdə yayımlanan fotolardan birində isə hesabın üzərinə 25% servis haqqı tələb edildiyi qeyd edilmişdi. 
Bakıda restoranların 'servis haqqı' dələduzluğu: 'Nəzarət olsa, belə soyğunçuq edə bilməzlərBelə olan halda ortaya haqlı suallar çıxır: Bu tələb qanunidirmi? Restoranlarda müştəridən servis haqqı tələb edilməlidirmi?
Mövzu ilə bağlı azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu tələbin soyğunçuluqdan başqa bir şey olmadığını deyib: 
"Bəzi ölkələrdə servis haqqı faiz ilə müəyyən olunur. Məsələn, Kanadada 20 faiz təşkil edir. Ancaq verməsən də heç kim onu səndən tələb etməz. Başqa ölkələrdə bunun kassa çekinə yazıldığına rast gəlməmişəm. Azərbaycanda isə istehlakçının soyulması davam edir. Bu restoranlarda böyük özbaşınalığın olduğunu göstərir. Bir çaynik çaya 50-100 manat tələb edirlər. Dənizə tərəf baxıb o çayı içəcəksənsə pulun da dəyəri artır. Bu sadəcə tragikomediyadır. Xidmət haqqının tələb edilməsi heç bir hüquqi sənəddə göstərilməyib".
Bakıda restoranların 'servis haqqı' dələduzluğu: 'Nəzarət olsa, belə soyğunçuq edə bilməzlərEyyub Hüseynov hesab edir ki, bununla bağlı qaydaların formalaşmasına ehtiyac var:
"Qaydalar tətbiq edilməlidir. Restoranlar bu qaydalar əsasında işləməlidirlər. Qaydalar olmadığı üçün istehlakçını necə gəldi soyurlar. Vətəndaş da servis haqqını verməyə məcbur olur. İstehlakçı öncədən bilməlidir ki, bu qədər xidmət haqqı verəcək. Azad İstehlakçılar Birliyi nöqteyi-nəzərindən bu istehlakçının hüquqlarının pozulmasıdır. Azərbaycanda turizm inkişafına böyük zərbədir.
Və yekunda Azərbaycan haqqında pis imicin formalaşmasına səbəb olur".
AİB sədrin sözlərinə görə bəzi biznes qurumları dövlətin qanunlarını ayaq altına salıb tapdalayır:
"Bu işdə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti" isə sadəcə gözünü yumur. Dəfələrlə ölkə Prezidenti qiymət artımının, monopoliyanın olduğunu dilə gətirib, tapşırıqlar verib. Lakin  adı çəkilən dövlət qurumu bu sahədə heç bir iş görməyib. Restoranlar üçün qaydalar hazırlayıb, təsdiq olunmalıdır ki, istehlakçıların başına bu işlər gətirilməsin".
Bakıda restoranların 'servis haqqı' dələduzluğu: 'Nəzarət olsa, belə soyğunçuq edə bilməzlərMilli Məclisin deputatı Elman Nəsirov azxeber.com-a açıqlamasında məsələyə fərqli yanaşıb. Onun fikrincə, yaxşı xidmət edən restona bəxşiş verilə bilər:
"Bəzi restoranlarda xidmət haqqının məcburu qaydada verilməsini tələb edirlər. Halbuki bu xidmətə görə verilməlidir. Yaxşı xidmət etmisənsə, vətəndaş bu pulu verə bilər, etməmisənsə yox. Seçim restorana gələn insanın olmalıdır. Yüksək xidmət göstər ki, bunun qarşılığında maddi dəstək edilsin. Məcburi tələb etmə qəbuledilməzdir. Bu cəmiyyətdə də narazılıqların yaranmasına səbəb olur".
Şəbnəm Zahir

Sosial       Tarix: 11 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 dunya xeberleri son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler