Bakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTO

Bakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTO
Bakıda salınan yeni meşə tipli parkda son tamamlanma işləri aparılır.
Trend-in məlumatına görə, Yasamal rayonu Moskva prospekti 75 və 75 A ünvanlarında yerləşən binaların arxasında salınan yeni parkda son tamamlanma işləri aparılır. Sözügedən park 4 hektardan ibarətdir.
Ərazidə artıq yaşıl zolaqlar salınıb, istirahət üçün söhbətkeşlər, idman qurğuları və uşaq əyləncə əraziləri də tam hazırdır. Yeni park Bakıda ilklərdəndir, belə ki, meşə zonası parkın 70 faizini əhatə edəcək.
Meşə tipli parkın altı girişi nəzərdə tutulub. Əsas girişdə isə sakinlərin rahat əraziyə gəlib-getməsi üçün avtomobil dayanacağı inşa edilir.
Parkda təbii landşafta daha çox üstünlük verilib. Bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Meşə tipli park paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.
Xatırladaq ki, sözügedən layihənin bir hissəsi olaraq Bakının şimal girişi də abadlaşdırılır. Abadlaşdırma işləri Moskva prospektində binalar və onların ətrafında aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhərin şimal girişinin abadlaşdırılması BŞİH-in sifarışi ilə həyata keçirilir.
Moskva prospekti 75 və 75 A ünvanlarında yerləşən iki binada layihəyə uyğun yenilənmə işləri aparılır. Sözügedən ərazi Bakının girişi olduğu üçün orada estetik baxımdan abadlıq işləri aparılacaq. Abadlaşdırılacaq hər iki bina altı blokdan ibarətdir.
Hazırda burada ümumi istifadədə olan 12 blok, dam örtükləri və fasadların əsaslı təmiri həyata keçirilir.
Bakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTOBakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq - FOTO

Sosial       Tarix: 28 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi