Bakıda sığortada işləyən qızın intim görüntüləri yayıldı - atasının ürəyi partlayıb öldü
Bu günlərdə gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi istismara məruz qoyan 54 yaşlı Salyan sakininin məhkəməsi başa çatıb. İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılıb.
azxeber.com Publika.az-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Rövşən Məmmədov Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə təqsirli bilinib.
Belə ki, Rövşən Bakı şəhər Nəsimi rayonu ərazisində avtomobilini sığortalatdırarkən orada çalışan gənc qız - Səmayə (ad şərtidir) ilə tanış olub. Bundan sonra onların arasında münasibət yaranıb və görüşməyə başlayıblar. Növbəti görüşlərin birində Rövşən qızın intim görüntülərini lentə alıb və daha sonra bu görüntülərlə onu şantaj edərək təkrar görüşlərə məcbur edib.
Qeyd edək ki, Səmayənin Rövşənlə münasibəti pozmasından sonra o, qızın görüntülərini ailəsinə və digər yaxınlarına göndərib. Səmayənin atası bundan xəbər tutanda ürəyi partlayaraq ölüb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Səmayə Rövşənə ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"