Bakıda silahlı quldur dəstə yaxalandı
Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər yaxalanıb.
Open.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.
Beş naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək, onun 650 manatını və mobil telefonunu əlindən alıb, hadisə yerindən qaçıblar.
Nizami rayon Post Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən - Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.
R.Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış keçirilərkən oradan bir ədəd bıçaq, bir ədəd balta, bir ədəd qundağı kəsilmiş ov tüfəngi və iki ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib