Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi - TƏFƏRRÜAT

Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi - TƏFƏRRÜATBakıda adam oğurluğu, quldurluq və digər cinayətlərdə ittiham olunan 1993-cü il təvəllüdlü Tural İslamov, 1998-ci il təvəllüdlü Nurlan Səfərov və 1996-cı il təvəllüdlü Rövşən İbrahimovun cinayət işinə baxılıb.
KONKRET.az Teleqraf.az-a istinadən xəbər verir ki, 2021-ci il, iyulun 20-də, saat 07 radələrində Tural tanışları Nurlan və Rövşənlə Yasamal rayonuna gəlib, təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Natiqi görüb, onun qarşısını avtomobillə kəsiblər. Rövşən və Nurlan Natiqi zorla avtomobilin arxa oturacağına əyləşdiriblər. Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkət etməklə həmin yerdən uzaqlaşıblar.
Maşında Natiqə zor tətbiq etməklə üzərində olan narkotiki, qiymətli əşyaları və pulları tələb ediblər. Bu tələbdən qorxan Natiq üzərində olan 140 manat dəyərində "Samsung" markalı "SM A10" modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Nurlana verib.
Nurlan bununla kifayətlənməyib, avtomobili idarə edə-edə sağ əlində tutduğu bıçağın dəstəyi ilə Natiqin ayaq və sinə nahiyələrindən vurub, təkrarən narkotik və ya narkotiki əldə etmək üçün əlavə pul istəyib. Tələbi yerinə yetirməyəcəyi təqdirdə ona zor tətbiq edəcəyini bildirib.
Dəstə üzvləri Natiqi "Türk MED Medical Center" klinikasının qarşısına gətiriblər. Tural bıçağı avtomobilin arxa oturacağında oturmuş Natiqə nümayiş etdirib, onlara narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi halda dilini kəsərək xəsarət yetirəcəyini söyləyib. Natiq onlara narkotik vermək imkanında olmadığını deyib. Tural maşını Hökməli qəsəbəsi istiqamətində idarə edib, dəstə üzvləri magistralın Hökməli dairəsi adlanan yerinə gələnədək, yolboyu Natiqdən pul tələb edib, əks təqdirdə onun şəxsiyyətinə zor tətbiq edəcəyini bildiriblər. Daha sonra onlar Natiqin pul verə bilməyəcəyi qənaətinə gəliblər, avtomobili üzü Sulutəpə qəsəbəsi istiqamətində, oradan isə "20 Yanvar" metrostansiyasına doğru sürüb Natiqi avtomobildən düşürüblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu), 144.2.5 (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu), 144.2.6 (adam oğurluğu – tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3 (hədə-qorxu yolu ilə tələb etmə – zor tətbiq etmə ilə törədildikdə) və 235.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə – həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, digər təqsirləndirilən şəxslər – Tural və Rövşəni tanıyır: "Turalı taksi sürücüsü kimi hadisədən təxminən 10 gün əvvəl tanımışam, Rövşənlə isə bir yerdə fərdi evlərdə təmir işlərində alçıpan vurmaqla məşğul olmuşuq. Zərərçəkmiş Natiqi hadisəyə qədər tanımamışıq. O, Turalın tanışı olub. Turalın deməsinə görə, Natiqin ona pul borcu vardı".
Nurlan qeyd edib ki, hadisə günü, yəni iyulun 20-də səhər saatlarında Rövşənlə birlikdə işə getmək üçün Turalın idarə etdiyi taksi maşınına miniblər:
"Turalın idarə etdiyi maşınla gedəndə yolun kənarında 2 nəfərin dayandığını gördük. Tural maşını saxlayaraq onlardan kimisə soruşdu. Sonra maşına minərək yola davam etdik. Bu zaman səki ilə gedən Natiqi gördük. Tural görən kimi onu səslədi. Natiq isə Turalı görəndə qaçmağa başladı. Tural maşını onun ardınca sürdü, ona çatdı və maşından enərək Natiqlə söhbət etdi. Sonra o, Natiqi maşında arxa oturacağa əyləşdirdi. Yolda Turalın tələbi ilə Natiq pul kisəsini və telefonunu qabaq oturacaqların arasına qoydu".
Təqsirləndirilən Tural İslamov da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin yataqxanasında yaşayır, subaydır:
"2014-cü ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhkum olunmuşam. Baxılan iş üzrə saxlanıldığım tarixədək 3 ay "kakos" kimi tanınan narkotik maddə istifadə etmişəm. Narkotiki "Sovetski" kimi tanınan ərazidə adını bilmədiyim, lakin üzdən tanıdığım şəxsdən alırdım. Özümü və anamı dolandırmaq məqsədilə gündəlik 50 manat ödəməklə avtomobili icarəyə götürmüşəm, "20 Yanvar"dan Masazır kəndi istiqamətlərində sərnişin daşıyırdım. Digər təqsirləndirilən şəxslər mənim müştərilərim olub. Münasibətlərimiz yaranıb və dostluq etmişik. Hətta asudə vaxtlarımızı da birgə keçirirdik".
Turalın sözlərinə görə, hadisə gününədək maşının yan şüşəsini başqa bir maşın vuraraq sındırıb: "Bu zaman maşında olmamışam, lakin hadisəni görən şəxslərdən bilmişəm ki, güzgünü ağ rəngli maşını idarə edən Natiq adlı şəxs sındırıb və oradan uzaqlaşıb.
2021-ci ilin iyulun 20-də səhər saatlarında Rövşən və Nurlanı Masazır qəsəbəsinə onların işlədiyi evə aparmalı idim. Lakin "Sovetski"də küçədə 2 nəfərin söhbət etdiyini gördüm. Həmin şəxslərdən güzgünü vuraraq sındıran Natiqi soruşdum. Onlar da Natiqin həmin küçə ilə yuxarı istiqamətdə getdiyini bildirdilər. Bu zaman Natiq maşınımın yanından keçdi. Ondan hara getdiyini soruşdum, o, qaçmağa başladı. Maşını Natiqin arxasınca sürdüm, ona çatdıqda maşından düşüb, qaçmasının səbəbini soruşdum. Natiq "paxmel" olduğunu, məni polis əməkdaşı zənn etdiyi üçün qaçdığını söylədi. Natiqə maşınımın güzgüsünü sındırdığını, bununla bağlı mənə 185 manat məbləğində zərər dəydiyini bildirdim və ona maşına əyləşməsini təklif etdim".
Turalın sözlərinə görə, Natiqin üzərinə bıçaq çıxarmayıb, bıçağın qundağı ilə dizinə vurmayıb: "Rövşən bıçaqla Natiqi hədələməyib. Nurlan isə Natiqi şillə ilə vurmayıb. Bizim heç birimiz Natiqdən narkotik və yaxud narkotik almaq üçün pul istəməmişik. Natiqin bu ifadələri həqiqətə uyğun deyil".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural İslamov 15 il, Nurlan Səfərov 14 il, Rövşən İbrahimov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər birinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilib. Rövşən İbrahimovun müdafiəçisi onun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmünü dəyişdirilməsini, onun cinayət əməllərini Cinayət Məcəlləsinin 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələrinə tövsif edilməsini, həmin maddənin hüdudlarında ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Nurlan Səfərovun barəsində verilən şikayətdə isə onun barəsində çıxarılan hökmün ləğv edilməsini, ədalətli hökm qəbul edilməsi istənilib.
Digər təqsirləndirilən Tural İslamovun vəkili isə şikayətdə hökmün Cinayət Məcəlləsinin 235.4.3-cü maddəsi hissədə ləğv edilməsini, barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin barəsində verilən şikayətlər təmin olunmayıb.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə verilən şikayətlər araşdırılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər.
Qərara görə, şikayət qismən təmin edilib. Tural İslamovun cəzası 13 ilə, Nurlan Səfərovun cəzası 12 ilə, Rövşən İbrahimovun cəzası 10 ilə endirilib.

Hadisə       Tarix: 05 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

7-ci sinif şagirdi dünyasını dəyişdi

Bakıda şagird vəfat edib. KONKRET.azunikalaz-a istinadən xəbər verir ki, 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Kamran Abıyev dünyasını dəyişib

DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb. DİN-in Mətbuat Xidmətindən -a bildirili

Şəki sakini keçmiş həyat yoldaşı və qayınanasını qətlə yetirdi

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib. xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib. Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdl

"Son zəng" günü VƏFAT ETDİ

Azərbaycanda orta məktəb şagirdi "Son zəng" günü vəfat edib. xəbər verir ki, hadisə Biləsuvar rayonunda baş verib. Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkin

Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü

Sumqayıtda bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb. Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerind

Leysan və dolu Ankarada subasmaya səbəb olub

Türkiyənin paytaxtı Ankarada günortadan sonra qəfildən başlayan və güclənən yağış nəticəsində bəzi yeraltı keçidlər, çox sayda ev və iş yerini su basıb. xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb

TƏCİLİ! Bakıda KÜTLƏVİ DAVA - Həbs edilən var

Bakının Səbail rayonunda gecə klubunda dava olub.   "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsində yerləşən "Enjoy" adlı iaşə obyektinin qarşısında baş verib. Bir neçə nəfəri

"Galendewagen"lə insident törədən sürücü həbs olundu

Bir neçə gün öncə Masazırda qırmızı işıqda keçib insident törədən sürücü Ş.Həmzəyev 15 sutka inzibati qaydada həbs edilib. xəbər verir ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Galendewagen" v

Ağdamdakı yanğın söndürüldü

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini Fikrət Soltan oğl


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler siyaseti xeberler bugun son xeberler bugun 2026 canli cəbhədən son xəbərlər 2026