Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAR

Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib. 
azxeber.com xəbər verir ki, Xətai rayonu, Nəsrəddin Tusi 14 saylı küçədə yerləşən 124 saylı bağça xarabalığa çevrilib. 
1998-ci ilə qədər fəaliyyət göstərən bağça indi baxımsız haldadır, ərazi "bomj" və narkomanların yuvasına çevrilib.
 Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARHəmin ərazidə olan əməkdaşımız bildirir ki, böyük bir ərazini əhatə edən bağça 3 hissədən ibarətdir. Bağçanın bir hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Mətbəx və digər hissə isə zibilliyə çevrilib.
 Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAROnu da qeyd edək ki, xarabalığa çevrilən hissədə də bir neçə il bundan öncəyə qədər qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksində mənzillərə yerləşdirildikdən sonra bu ərazilər boş və baxımsız halda qalıb.
Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAROnu da xüsusi qeyd etmək lazımdır ki, bağçanın ərazisindən yol kimi istifadə edilir və bağça ilə üzbəüz yaşayış binası var. Baxımsız olan ərazidə narkoman, bomjların məskunlaşması sakinlər üçün də təhlükəli hal yaradır.
Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBəs Xətai rayon İcra Hakimiyyəti bununla bağlı nə deyir?
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov azxeber.com-a açıqlamasında bağçanın uzun zamandır fəaliyyətsiz olduğunu təsdiqləyib: 
"Öncə onu qeyd edim ki, bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyindədir. 124 nömrəli bağça qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini uzun zamandır ki, dayandırıb. Bağçanın bir hissəsində hələ də qaçqın və məcburi köçkünlər məskunlaşıb. Onlar da həmin ərazidən köçürüldükdən sonra Elm və Təhsil Nazirliyi bağça ilə bağlı lazımi tədbiri görəcək".
Ərazinin zibillik olması ilə bağlı danışan Pənah bəy bunları qeyd edib: "Biz orada bir neçə dəfə təmizlik işləri görmüşük. İndi də həmin ərazi üzrə lazimi tədbir görüləcəkdir".
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov azxeber.com-a açıqlamasında bağçaların vəziyyəti ilə bağlı monitoriq aparıldığını və lazımi addımların atılacağını bildirib:
"Biz bağçaların vəziyyəti ilə bağlı monitoriqlər aparmışıq. Yararsız vəziyyətdə olan bağçalarımız var. Təmir olunması mümkün olanı təmir etmək üçün plan hazırlayırıq. Gələcəkdə də bu işlər davam etdiriləcək. 
124 saylı bağça ilə bağlı vəziyyətə baxılacaq və  dəyərləndiriləcək. Ona uyğun qərar veriləcək. Həmin bağça ya yenidən qurulacaq, ya da yenidən təmir olunacaq. Bu qarşıda duran vəzifələrimizdəndir".
Həmin ərazidən fotoları təqdim edirik:
Günel Hüseynli
Bakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLARBakıda uşaq bağçası xarabalığa çevrilib: Dövlət qurumları nə deyir? - FOTOLAR

Sosial       Tarix: 19 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az