Bakıda velosiped oğurlayan şəxslər saxlanılıb - VİDEO
Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlıqları oğurlayan paytaxt sakini Zaur Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirlliyi (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan 5 ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub.
Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampaları oğurladığı da müəyyən edilib.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə binaların girişlərində saxlanılan velosipedləri oğurlayan paytaxt sakini Sərxan Muğbilov saxlanılıb. Araşdırma zamanı onun 2 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. S.Muğbilovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Hər iki faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Z. Məmmədov və S.Muğbilovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar