Bakıda vəzifəli şəxs doğum günündə ölüb

Bakıda vəzifəli şəxs doğum günündə ölübBu ilin 19 mart tarixində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Vüqar Mikayılovun məhkəməsi başa çatıb.
KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda 1972-ci il təvəllüdlü V.Mikayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, V.Mikayılovun "Kia Rio" markalı avtomobillə vurduğu 1966-cı il təvəllüdlü Teymur Daşdəmirov vəzifəli şəxsdir. "Bakı Metropoliteni"nin Yol xidmətinin 1 saylı Yol distansiyasının rəisi olan T.Daşdəmirovun həmin gün 58 yaşı tamam olubmuş. O, ad günü münasibətilə restoranda keçirilən məclisdə iştirak edib və gecə saat 23 radələrində aeroport şossesi kimi tanınan prospektin Milli Aviasiya Akademiyasının qarşısından keçən hissəsindən yolu keçmək istəyərkən bədbəxt hadisə ilə üzləşib.
Nəticədə ağır xəsarətlər alan T.Daşdəmirov hadisə yerində
Keçirilən ekspertiza zamanı avtomobilin saatda 80 kilometr sürətlə hərəkət etməsi, sürücünün spirtli içki və ya narkotik vasitə qəbul etməməsi dəqiqləşib.
Həmçinin məlum olub ki, maşınla vəzifəli şəxsi vurub öldürən Vüqar Mikayılovun oğlu Fərid Mikayılzadə Vətən müharibəsi iştirakçısıdır və 5 medalla təltif edilib.
Vəzifəli şəxs heç vaxt ailə həyatı qurmadığından məhkəmə prosesində onun qardaşı zərərçəkmiş şəxs qismində tanınıb. T.Daşdəmirovun yaxınları qarşı tərəfdən şikayətçi olmadıqlarını bildiriblər.
Xəzər Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə V.Mikayılova 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, sözügedən qəza 19 mart tarixində saat 23:20 radələrində qeydə alınıb.

Hadisə       Tarix: 18 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər sou xeberler xəbər ən son xəbərlər