Bakıda yaşayış binasında yanğın söndürülüb, 10 nəfər xəsarət alıb
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Open.az FHN-ə istinadən xəbər verir.
Qeyd edək ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Əlavə məlumat veriləcək.
***04:23
Bakının Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.
Open.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, daxil olan məlumata əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?