Bakıda yaşayış evində yanğın baş verib: Xəsarət alan var - TƏFƏRRÜAT
Bakıda yaşayış evindəki yanğının təfərrüatı məlum olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, N.Nərimanov rayonu, F.X.Xoyski küçəsində yanğın baş verməsi barədə quruma məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının altımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə qonşu mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları 16m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı və 2 p.m. plastik boru əriyib, bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış operativ araşdırmalarla yanğının saçqurudan fenin elektrik şəbəkəsinə qoşulu qoyularaq nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal edilir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var